Bazar , 11 Yanvar 2026
Drone Cameras

Suriyada vəbaya yoluxanların sayı 426-ya çatıb

Suriyada vəba vibrionunun yaratdığı kəskin bağırsaq infeksiyasına 426 yoluxma halı aşkarlanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ən çox yoluxma halı ölkənin şimalında – Hələbdə qeydə alınıb – 260. Orada 28 vətəndaş vəbadan ölüb. Ümumilikdə ölkədə 33 ölüm qeydə alınıb.

Xatırladaq ki, BMT-nin Suriya üzrə humanitar koordinatoru İmran Rza daha əvvəl bildirmişdi ki, vəba xəstəliyinin yayılmasına səbəb isti yay dövründə təhlükəli mənbələrdən, xüsusən də Fərat çayı və suvarma kanallarından sudan istifadə edilməsidir.

Qeyd edək ki, ÜST-ün məlumatına görə, dünyada hər il 1,3 milyondan 4 milyona qədər vəba hadisəsi qeydə alınır, ölənlərin sayı on minlərlədir.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …