Bazar ertəsi , 30 Mart 2026
Drone Cameras

Suriyadan Türkiyə ərazisinə keçməyə çalışan İŞİD üzvləri saxlanılıb

Türkiyənin Hatay şəhərinin Narlıca rayonu istiqamətində Suriyadan qeyri-qanuni yollarla ölkəyə girməyə çalışan 5-i Rusiya, 1-i Liviya vətəndaşı olmaqla 6 nəfər yaxalanıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Saxlanılanlar arasında yer alan rusiyalı qadının İŞİD terror təşkilatının üzvü olmaqdan axtarışda olduğu bildirilib.

Xatırladaq ki, ötən gün qeyri-qanuni yollarla Suriyadan Türkiyəyə girməyə çalışan 3 Yeni Zelandiya vətəndaşı Hatay şəhərinin Reyhanlı rayonunda saxlanılıblar. Saxlanılanlar arasında İnterpolun mavi xətlə axtarışa verdiyi 26 yaşlı S.A. adlı İŞİD-çi qadın da olub.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …