Bazar , 11 Yanvar 2026
Drone Cameras

Suriyanın müvəqqəti baş naziri Əl-Bəşir xaricdəki suriyalılara: -“Ölkənizə qayıdın”

Suriyanın yeni müvəqqəti baş naziri Məhəmməd Əl Bəşir xaricə sığınan suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

Boyukmillet.com  xarici mediaya istinadən xəbər verir ki, Əl-Bəşir prezident Bəşər Əsədin devrilməsindən sonra xaricə sığınan suriyalıları ölkələrinə qayıtmağa çağırıb.

Əl-Bəşir açıqlamasında deyib:

“Bu mənim xaricdəki bütün suriyalılara bir çağırışdırımdır. Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın.”

İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibə verən müvəqqəti baş nazir əlavə edib ki, Suriyada bütün insanların və bütün məzhəblərin hüquqları təmin ediləcək.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …