Şuşa şəhərində siyasi elmlər doktoru, professor Elçin Əhmədovun “Şuşa Azərbaycanın tarixi və strateji əhəmiyyətli mədəniyyət paytaxtı” adlı kitabının təqdimatı keçirilib.
Boyukmillet.com xəbər verir ki, təqdimat TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimində baş tutub.
Mərasimdə çıxış edən E.Əhmədov bildirib ki, kitabda Şuşanın tarixi və mədəniyyətindən bəhs edilir.