Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Şuşada yollar qardan təmizlənib, avtomobillərin hərəkəti tam bərpa olunub

Şuşa şəhərinə qarın yağması ilə əlaqədar yollarda yaranan çətinliklər aradan qaldırılıb.

Boyukmillet.com xəbər verir ki, şəhərin küçələrində nəqliyyat vasitələrinin normal hərəkəti üçün tədbirlər görülüb.

Aidiyyəti qurumlar tərəfindən yollara qum və duz səpilib. Bundan başqa, xüsusi texnikalar vasitəsilə yollar qardan təmizlənib.

Avtomobil yollarında nəqliyyat vasitələrinin normal hərəkəti tam bərpa olunub.

Qar səbəbindən elektrik və su təchizatında isə heç bir problem yaşanmayıb.

Qeyd edək ki, ötən gecədən başlayaraq Şuşa şəhərinə qar yağır.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …