Bazar , 19 May 2024
Drone Cameras

Naxçıvan DİN-ə 9 yeni avtomobil verilib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinə 9 yeni xidməti avtomobil təqdim edilib.

Boyukmillet.com xəbər verir ki, 1 ədəd “Toyota Land Cruiser” markalı avtomobil rəhbər heyət, 6 ədəd “Fiat Doblo” markalı avtomobil post-patrul və 2 ədəd “BMW” markalı avtomobil isə yol-patrul xidməti üçün nəzərdə tutulub.

Qeyd edək ki, post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər xidmətin operativliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Müasir interyerə malik avtomobillərin hər biri ən yeni rəqəmsal radio-rabitə, səsgücləndirici və sayrışan işıq sisteminə malikdir.

Check Also

QHT sədri: Ermənistanın öhdəliyidir ki, transsərhəd ərazidə mədən işlərinə görə Azərbaycandan icazə alsın

Ermənistanın Espoo Konvensiyasından irəli gələn öhdəliyidir ki, transsərhəd ərazidə həyata keçirilən mədən işlərinə görə Azərbaycan …