Bakı Metropoliteni bu gün günorta saatlarında baş verən hadisə ilə bağlı açıqlama yayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, hazırda 3 stansiya fəaliyyət göstərə bilmir: “Saat 15:48-də Metropoliteniə gələn xətlərə cərəyan verilməsində qısamüddətli fasilə yaranıb. Artıq elektrik verilişi bərpa edilib. Yalnız Xalqlar Dostluğu-Əhmədli-Həzi Aslanov stansiyalarını birləşdirən xəttə elektrik verilişi bərpa edilməyib və bu səbədən həmin stansiyalar fəaliyyətini müvəqqəti dayandırıb. Oradakı sərnişinlər təxliyə edilib. Hazırda tuneldə qalan qatar yoxdur. Elektrik enerjisi verilişi kəsildikdən sonra xüsusi generatorlar işə ddşüb və tunellərdəki qatarlar stansiyalara çatdırılaraq sərnişinlər vaxtında təxliyə edilib”.
*****
16:17
Bu gün saat 16 radələrində Bakı şəhərinin bir hissəsində elektrik enerjisi verilişində problemin yaranması metronun hərəkətinə mənfi təsir göstərib.
Metropolitenin bəzi stansiyalarına elektrik verilişi bir neçə dəqiqəlik dayanıb. Bu zaman tunellərdə olan qatarlar dayanmalı olub və metronun iş qrafiki pozulub.
Hazırda bəzi stansiyalara sərnişinlər qəbul edilmir. (publika.az)