Cümə , 22 Noyabr 2024
Drone Cameras

Təcili yardım maşını çağıranda ödəniş edilməlidir? – AÇIQLAMA

İcbari tibbi sığortanın gözləmə müddəti xəstənin vəziyyətindən və tibbi xidmətin növünə görə dəyişir.

Boyukmillet.com xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva məlumat verib.

Onun sözlərinə görə, gözləmə müddəti icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılıdır.

S.Quliyeva bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: “Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa, müştərək maliyyəşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir”.

S.Quliyeva onu da əlavə edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən-ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: “Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq”.

Agentlik rəsmisi əlavə edib ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir:

“Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir”. 

(Oxu.Az)

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …