Bazar , 23 Fevral 2025
Drone Cameras

Təhsil Naziri Emin Əmrullayevə müraciət

Nəzərinizə çatdırım ki, Biləsuvar rayon təhsil şöbəsi və Ağayrı kənd orta məktəbinin rəhbərliyinin vətəndaşlar üçün yaratdıgı byurokratik problemlər (uzun müddət məktəbin rus dili müəllimi işləyən Qədir Sadıqov Nəsir oğlu barədə məktəb kitabında qeydiyyat olmaması barədə direktor Fərid Qafarovun verdiyi məlumat) barədə birbaşa Təhsil naziri cənab Emin Əmrullayevə şikayət məktubu ünvanlanıb.

Qədir müəllim Ağayrı kəndində çox saylı insana dərs deyib və yiyələndiyi fənnin tədrisini həyata keçirib. Dəyərli şagirdləri vardır. Bir çox müəllimlərin müəllimi olub. Məktəbin yerləşdiyi kəndin dövlətin ərazi nümayəndəsi Azər Qədimovun müəllimi olub Qədir müəllim.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının məmurların özbaşınalıq, byurokrakratiya, məsuliyyətsiz davranışlara son qoymaq barədə tapşırığı tapdanılır bu kimi hallarla. Məqsədin nə olduğun bilmirəm, amma məmur özbaşınalığı var. Hakim qanun deyil qanun hakimdir.

Aqil Qəribov

Check Also

BAHAR NƏNƏ VƏ ZÜLFÜ BABANIN SEVGİ DASTANI

Qarlı-şaxtalı günümüzdə Bakıda 95 yaşlı Bahar nənə ilə 98 yaşlı Zülfüqar babanın ailə qurmasının 75-ci …