Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədr müavini, uğurlu diaspor fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Tərəqqi medalına layiq görülmüş Ukraynada yaşayan soydaşımız Qüdrət Hacıyev on minlərlə azərbaycanlıların adından Göygöl-Daşkəsən sakinlərinə müraciət edib. Müraciətdə deyilir:
“Əziz dostlar! Dəyərli qardaşlar! Vətənimiz növbəti parlament seçkiləri ərəfəsindədir. Bu seçkilərdə də kifayət qədər xalqını, dövlətini sevən insanlarin namizədliyi qeydə alınıb. Mən xüsusi olaraq bunlardan birinin, 20 ilə yaxın bir müddətdə gecəsini gündüzünə qataraq Ukraynadakı milli diasporumuzun formalaşmasında və inkişaf etdirilməsində daima bizlərlə bir arada olan, Azərbaycanın haqq səsinin Ukrayna ictimaiyyətinə çatdırılmasında müstəsna xidmətləri olan Möhsüm Aslanov haqqında danışmaq istəyirəm. Aztv-nin nümayəndəsi kimi Onun Ukraynaya gəlişi ilə bu ölkədə yaşayan soydaşlarımız ermənilərlə ideoloji müharibədə vahid mərkəz ətrafında birləşərək tarixi düşmənlərimizə qarşı mübarizədə mətnləşdi, möhkəmləndi. Etiraf edim ki, 2004-cü ildən başlayaraq Xocalı soyqrımı ilə bağlı Ermənistanın Ukraynadakı səfirliyinin, ATƏT-in və BMT-nin Ukraynadakı nümayəndəliklərinin qarşısında etiraz aksiyalarının keçirilməsinin ideyası və əsas təşkilatçılarından biri məhz Möhsüm müəllim olub. Ukraynada Azərbaycan Gənclər Birliyinin yaradılmasında da onun xidmətləri danılmaz faktdır.
Onu Ukraynada hər zaman ermənilərlə informasiya savaşında ideoloji səngərdə görmüşük. Onun Qarabağ haqqında çəkdiyi film Ukraynanın dövlət televiziyasında efirə verildikdən sonra Ermənistan dövlətinin Ukraynaya rəsmi etiraz notası verəndə həyatı təhlükə ilə üzləşmişdi. Onun xidmətləri haqqında saatlarla danışmaq olar. O, Vətənimiz və Dövlətimizə qarşı atılan gülləyə sinəsini sipər edən insandır. Ulu Öndərimiz Heydər Əliyev ideologiyasının mənəvi daşıyıcılarından olan Möhsüm Qədir oğlunun parlamentdə təmsil olunması əminəm ki, möhtərəm prezidentimiz İlham Əliyevin Azərbaycanda başladığı kadr islahatlarına bir töhfə ola bilər. Bu baxımdan üzümü Dnepropetrovsk vilayətində yaşayan soydaşlarımız adından Göygöl və Daşkəsən rayonlarında yaşayan həmvətənlərimizə tututub demək istəyirəm ki, belə bir vətənpərvər və ziyalı insana etimad göstərsəniz daima səsinizə səs verən əsl millət vəkilini görəcəksiniz.”
Əziz həmvətənlər!
101 saylı seçki dairəsinə gedərək Möhsüm Aslanova səs verək!