Bazar , 29 Mart 2026
Drone Cameras

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtər rayonunda qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan “Report”a verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayonun Qaradağlı kənd sakini Cabbar Həsənov qanunsuz ov edərkən saxlanılıb.

Həmin şəxsdən qanunsuz olaraq ovladığı çöl heyvanları aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …