Şənbə , 21 Dekabr 2024
Drone Cameras

Tənzilə Rüstəmxanlı “Amerikanın qarşısında güclü Rusiya və Türkiyə görmək istəyirəm”

Boyukmillet.com İnterpress.az-a istinadən xəbər verir ki, üç paneldən ibarət olan Beynəlxalq Simpozium Rusiya, Türkiyə, Gürcüstan, Qazaxıstan və Azərbaycandan analitik-araşdırmaçıların, politoloq və jurnalistlərin çıxışları ilə yadda qaldı. Regonun gələcəyindən, informasiya təhlükəsizliyindən danışan ekspertlər yekdil nəticəyə gəldilər: əgər güclər birləşərsə regionda sülh və əmin-əmanlıq əldə olunar. Simpoziumun sonunda söz Türkiyə Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin sədri Hüseyin Büyükfırata verildi. O, bunları dedi:

“Biz bu gün regionun gələcəyi barədə danışdıq. Amma regionun gələcəyi məsələsinə keçmədən dünyada baş verənlərə diqqət çəkmək istəyirəm. I və II Dünya Müharibəsindən sonra başlayan qanlı proseslər nəticəsində milyonlarla insan öldü. Müharibələr dünyaya gözyaşı və qandan başqa bir şey vermədi. Bu gün Qüdsdə baş verənlər artıq gedişatın dəyişdiyini göstərir. Artıq “güclüyəmsə, haqlıyam” tendensiyası yerini “haqlıyamsa, güclüyəm” tendensiyasına verir”.

Yekun sözü ilə çıxış edən Azərbaycan -Türkiyə Evinin sədri Tənzilə Rüstəmxanlının çıxışı daha yaddaqalan oldu.

“Bizim dərdimiz Rusiyanın əleyhinə danışmaq deyil. Biz istəyirik ki, hər şey öz adıyla çağırılsın. Bu gün müsəlman dövlətlərində müharibənin alovlandığını görürük. Bunun beyin mərkəzi əslində, ingilislərdir. Amerika kimdir ki? Amerika ingilislərin muzdlusudur. O, layihə İngiltərədə işlənir, Amerika həyata keçirir. Biz sevdik-sevmədik, istədik-istəmədik Rusiyalı ilə qonşuyuq. Qarabağ hadisələri baş verəndə, 20 yanvar hadisələri olanda biz hələ Rusiyanın tərkibində idik. Amma düşünürəm ki, bütün bu baş verənlərə Rusiyanın dəxli yox idi. Bunlarda Rusiyada olub Amerikaya, İngiltərəyə xidmət edən güclərin barmağı var. O güclər bu gün də var. Biz həmişə deyirik ki separatizm insanlıq üçün təhlükədir. Avropanın canı yananda onlar separatizmi qınamağa başladılar. Qarabağ məsələsində bircə Türkiyə Azərbaycanın yanındadır. Sülh yolu ilə münaqişəni necə həll edəcəksiniz ki, Ermənistan öz işğalçılıq iddiasından əl çəkmir? Ermənistan bizim sərhədlərə hörmətlə yanaşmırsa, bizim evimizə sülh necə gələ bilər? Ermənistan Türkiyəyə, Azərbaycana ərazi iddiası edirsə, necə sülh olacaq? Əgər Rusiya bizim Qarabağ məsələsini həll etməyəcəksə, bu münaqişə 50 il də davam edəcək. Rusiya Qafqazdan hərbi cəhətdən əlini çəkməlidir. Baxmayaraq ki, mən Rusiyanın Qafqazdakı siyasətinin əleyhinə olmuşam, amma bu gün Amerikanın Yaxın Şərqi müharibə ocağına çevirdiyinə görə ridiyinə mən onun qarşısında güclü bir Rusiya, güclü bir Türkiyə görmək istəyirəm. Bu iki güc birləşərsə, Azərbaycan kimi, Gürcüstan kimi kiçik dövlətlər əmin-əmanlıq içində yaşayacaqlar”.

Sonda Simpozium təşkilatçıları tərəfindən iştirakçılara hədiyyələr verildi, xatirə şəkli çəkildi.

Tənzilə Rüstəmxanlı "Amerikanın qarşısında güclü Rusiya və Türkiyə görmək istəyirəm"

 

Tənzilə Rüstəmxanlı "Amerikanın qarşısında güclü Rusiya və Türkiyə görmək istəyirəm"

 

Tənzilə Rüstəmxanlı "Amerikanın qarşısında güclü Rusiya və Türkiyə görmək istəyirəm"

 

Tənzilə Rüstəmxanlı "Amerikanın qarşısında güclü Rusiya və Türkiyə görmək istəyirəm"

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir