Cümə axşamı , 3 Oktyabr 2024
Drone Cameras

“Qatil erməniləri qurban kimi göstərmək tarixə və insanlığa xəyanətdir”

Göksel Gülbey: “Ukraynada həm 1915, həm də 1992-ci il hadisələri ilə bağlı abidə ucaldılmalıdır”

Ukraynanın Xerson şəhərində qondarma erməni soyqırımı ilə bağlı abidə qoyulub. Abidənin qoyulması oradakı soydaşlarımızın ciddi narazılığına səbəb olub. Ukraynadakı azərbaycanlılar əlaqədar dövlət qurumlarından bu abidənin götürülməsini tələb edir.

Maraqlıdır, Ukraynada yaşayan digər türk topluluqlarının da oxşar tələblə çıxış etməsi nə dərəcədə məqsədəuyğundur? Bu kimi məsələlərdə bütün türk xalqlarının nümayəndələrinin ortaq iradə sərgiləməsi daha faydalı deyilmi?

Moderator.aza açıqlama verən Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:

“Əslində ruslar da, ukraynalılar da çox yaxşı bilirlər ki, Osmanlı dövləti dönəmində, 1915-1918-ci illərdə müsəlman türk millətini erməni dəstələri və daşnaq-hınçaq qrupları necə qətl yetirdilər. Çünki 1917-ci ildə bolşevik iqilabı olana qədər bu bölgədə 15 min könüllü erməni qrupu ilə birlikdə ruslar vardı. Ruslar 1917-ci ildə geriyə – ölkələrinə gedincə burada qalan erməni daşnakları, Andranik komandanlığındakı 15 min könüllü erməni 1992-ci ildə ermənilərin Xocalıda etdiyi qətliamın daha pisini Van, Ağrı, Muş, Bitlis, Siirt, Bingöl, Ərzurum, İğdır, Kars və digər şəhərlərdə etdi.

Bu qətliamlara şahid olan ruslar Moskvada da sözdə erməni soyqırımını anma adına abidə ucaldılmasına izn verdi. İndi də Ukraynada yaşayan erməni lobbisi və dəstəkçiləri də bu ölkədə abidə ucaldıb. Bu qətliamları etdiklərini bilə-bilə sanki ermənilər erməniləri qətlə yetirilmiş kimi göstərmək tarixin gerçəklərinə, insanlığa xəyanətdir.

Bunun arxa planında xristian yaradılışları var. Ermənilər əgər müsəlman oslaydılar Rusiya, ABŞ, Avropa ölkələri və Ukrayna erməniləri bu qədər dəstəkləyərdilərmi və ya sahib durardılarmı? Bu səbəbdən də deyirik ki, Türkiyə ilə Azərbaycan diaspora təşkilatları bu düşmən niyyətli lobbiyə qarşı əl-ələ verməli, birlikdə olmalıdırlar. Bir bir millət  iki dövlətiksə, bir millətin bir diasporası olmalıdır.

Ukraynada yaşayan bütün türklər, Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və digər türk cümhuriyyətlərinin türkləri birlikdə Ukrayna dövlət qurumlarına həm 1915-ci ildə qətlə yetirilən, həm də 1992-ci ildə Xocalıda qətlə yetirilən qardaşlarımız üçün abidə ucaldılması üçün izn verilməsi tələbi irəli sürməlidir”.

 

Seymur Əliyev

Check Also

23 il əvvəl Şeyx Şamilin büstünü partladan, hərbi hissəyə hücum edən ömürlük məhkum qardaşlar şikayət verib

Zaqatalada 23 il əvvəl terrorçuluq, qətl, milli zəmində münaqişə yaratmaqda və digər ağır cinayətlər törətməkdə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir