Bazar ertəsi , 7 Aprel 2025
Drone Cameras

Tacikistan Azərbaycana mədən sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib

Tacikistan Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Boyukmillet.com xəbər verir ki, bunu Tacikistanın sənaye və yeni texnologiyalar naziri Şerali Kabir Bakıda keçirilən Azərbaycan-Tacikistan biznes forumunda deyib.

Nazir, dağ-mədən sektorunda Tacikistanda 800 filiz yatağından yalnız 100-nün işləndiyini qeyd edərək mədən sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçirməyi təklif edib: “Biz Azərbaycan şirkətlərinə həyata keçirilməsi üçün konkret layihələr təklif edirik və ümid edirik ki, bugünkü biznes forumun nəticəsi olaraq müəyyən razılaşmalar əldə olunacaq”.

Ş.Kabir bildirib ki, iqlim dəyişikliyi məsələsi Tacikistan üçün də aktualdır: “Bizim çox böyük potensialımız var. Azərbaycan şirkətlərini Tacikistana dəvət edirik. Bizim əməkdaşlıq üçün təklif edə biləcəyimiz maraqlı investisiya sazişi mexanizmimiz var”.

Check Also

Azərbaycanda sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olmasına dair meyarlar təsdiqlənib

Nazirlər Kabineti “Sazişlərin rəqabəti məhdudlaşdıran nəticələrə səbəb olması və ya ola bilməsinə dair meyarlar”nı təsdiqləyib. …