Bazar ertəsi , 8 Dekabr 2025
Drone Cameras

Tahir İmanovdan tərs sillə: “Əli Kərimli siyasi cəsəddir”

Əli Kərimli “Planet Parni iz Baku”nun cərimələrlə bağlı tənqidi videosunu paylaşaraq xalqa çağırış edib.

Bu çağırış “Planet Parni iz Baku” KVN teatrının bədii rəhbəri Tahir İmanovu özündən çıxardıb. BiG.Az-a açıqlama verən Tahir İmanov ulu öndər Heydər Əliyev kursunun əsgəri olduğunu, belə şeylərlə teatra ləkə sala bilməyəcəklərini bildirib: “Hamı bilir ki, biz ulu öndər, Heydər Əliyev siyasi kursunun əsgərləriyik, var olmuşuq, olacağıq da. Kim nə danışır danışsın, gündə biri bir söz danışacaq biz də ona baş qoşmalıyıq? Əli Kərimli kimdir ki? O mənim üçün çoxdan siyasi cəsəddir”. 

Qeyd edək ki, “Planet Parni iz Baku”nun cərimələrlə bağlı tənqidi səhnəciyin müəllifi olan Bəhram Bağırzadə məsələ ilə bağlı fikir bildirmək istəmədiyini qeyd edib.

Boyukmillet.com

Check Also

2026-cı ilin bayram günləri – Baş nazir QƏRAR VERDİ

Azərbaycanda 2026-cı ilin bayram günləri müəyyən edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə Baş nazir Əli …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir