Cümə , 10 Aprel 2026
Drone Cameras

Taliban müğənnini evindən çıxarıb güllələdi

“Taliban” Hərəkatının silahlıları dünən əfqan müğənni Favad Andarabini öldürüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Times Now” telekanalı müğənninin qohumlarına istinadən məlumat yayıb.

Müğənnini Baqlan əyalətindəki evindən çıxararaq güllələyiblər. Müğənninin oğlu hadisəni təsdiqləyib.

Müğənni Favad Andarabi mahnılarında “Taliban” Hərəkatının əleyhdarlarını dəstəkləyib. Eyni zamanda “Taliban” liderləri musiqini islama zidd sayırlar.

Check Also

Tramp NATO və müttəfiqləri hədəf alıb

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərə, o cümlədən NATO-ya təzyiq göstərilməsinin vacibliyini bəyan edib. Boyukmillet.com xəbər …