Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

“Taliblər” qoşunların çıxarılmasından sonra ABŞ-dan diplomatları saxlamağı xahiş edib

“Taliban” hərəkatının rəsmiləri Əfqanıstandan Amerika qoşunlarının çıxarılmasından sonra Birləşmiş Ştatlara Əfqanıstandakı diplomatlarını saxlamaq xahişi ilə müraciət edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə danışıqların gedişi ilə tanış olan mənbələrə istinadən “The Washington Post” bildirib.

Nəşrin məlumatına görə, Kabildə bu qərarın müsbət həll ediləcəyi təqdirdə ehtimal ki, ölkədə yenidən Amerika səfirliyi açılacaq. ABŞ səfirliyi diplomatik personalın təxliyyəsi ilə əlaqədar işini başa çatdırıb.

Bu halda qeyd edilir ki, ABŞ hakimiyyəti hazırda Əfqanıstanda diplomatlarının olması haqqında qəti qərarlar qəbul etməyib.

Check Also

Aref: Quru əməliyyatı halında ABŞ qoşunlarının geri qayıtması Tehrandan asılı olacaq

İranın Birinci vitse-prezidenti Məhəmməd Rza Aref ABŞ-ın ölkəsinə qarşı mümkün quru əməliyyatı ilə bağlı məlumatlara …