“Tanıdıqlarım arasında bir neçə nəfər ikinci dəfə COVID-ə yoluxub. Yəni iyul ayında yoluxan indi yenə yoluxur. Bu, o deməkdir ki, bu xəstəliyə dayanıqlı immunitet yaranmır”.
Boyukmillet.com Teleqraf.az saytına istinadən xəbər verir ki, bu sözləri tanınmış həkim Qalib Əsədov deyib.
Onun sözlərinə görə, adamlar təkrar-təkrar yoluxacaq, illər boyu məktəblər işləməyəcək, gənclər toy edə bilməyəcək, işsizlik baş alıb gedəcək. Bütün dünya bunu artıq anlayıb və müvafiq tədbirlər görür.
1. Testləri çox miqdarda edərək, operativ surətdə yeni xəstələnənləri aşkar edir.
2. Dərhal müvafiq müalicə tədbirlərinə başlayır. Apteklərdə də ki, kifayət qədər keyfiyyətli dərman var.
Hamı da işində, gücündə. Mən İsveçrə, Belarus, Cənubi Koreya demirəm, elə Azərbaycanın hər yerində Naxçıvan modelindən istifadə edə bilərik. Bir baxın, orda yoluxma və ölüm nə qədərdir. Çünki iş düzgün təşkil olunub”.
Onun sözlərinə görə, ölkəmizdə çoxlu test aparmalı, testlərin cavabı operativ hazırlanmalı və apteklər keyfiyyətli dərmanlarla təchiz olunmalıdır:
“Məktəb, universitet, iş yerləri bir sözlə, hər yan açılmalıdır. Başqa yolumuz yoxdur. Dünyanın heç bir yerində ilboyu karantin olmayıb”.