Şənbə , 10 Yanvar 2026
Drone Cameras

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən sentyabrın 22-də 379 milyon 977 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə Boyukmillet.com TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin sifariş göstəriciləri ilə müqayisədə 0,74 % çoxdur.

Kipoi çıxış nöqtəsindən sentyabrın 23-dən 29-dək 331 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb.

Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə 8,17 % azdır. Sentyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,45 % azdır. Sentyabrın 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə isə 8,18 % azdır.

Bundan başqa, sentyabrın 19-dan 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə 12,88 % isə azdır.

Yunanıstanın Komotini çıxış nöqtəsindən sentyabrın 22-dən 29-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən sentyabrın 22-dən 29-dək 30 milyon 346 min 301 kVt/saat həcmində sifariş alınıb. Bu, daha əvvəlki həftənin sifariş həcmi ilə müqayisədə eynidir.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 22-də 316 milyon 460 min 315 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 15-nə olan sifariş göstəriciləri ilə müqayisədə 0,1 % çoxdur.

Bu çıxış nöqtəsindən qazın tədarükü üçün sentyabrın 23-dən 29-dək 271 milyon 999 min 147 kVt/saat həcmində sifarişlər qəbul edilib. Bu, sentyabrın 16-na olan sifariş göstəriciləri ilə müqayisədə təxminən 14,1 % azdır.

Sentyabrın 17-nə olan sifariş göstəriciləri ilə müqayisədə 5,02 %, sentyabrın 18-nə olan sifariş göstəriciləri ilə müqayisədə 13,46 % azdır.

Həmçinin, sentyabrın 19-dan 22-dək olan sifariş göstəriciləri ilə müqayisədə isə 14,05 % azdır.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Check Also

İşğaldan azad edilmiş ərazilərdə məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində məişət abonentləri üçün elektrik şəbəkəsinə qoşulmaq pulsuz olub. Boyukmillet.com xəbər verir …