Şənbə , 18 Yanvar 2025
Drone Cameras

TAP ilə Azərbaycandan Avropaya qaz tədarükü sifarişlərinin həcmləri cüzi artıb

Azərbaycan təbii qazını Avropaya nəql edən Trans-Adriatik Boru Kəməri (TAP) Yunanıstanın Kipoi çıxış nöqtəsindən martın 18-də qaz tədarükü üçün 366 milyon 789 min 291 kVt/saat həcmində sifariş alınıb.

Bu barədə Boyukmillet.com  TAP-ın elektron platformasına istinadən xəbər verir.

Bu, ötən həftənin bazar ertəsinin göstəricisi ilə müqayisədə 0,71 % çoxdur.

Kipoi çıxış nöqtəsindən martın 19-dan martın 24-dək qaz tədarükü üçün 341 milyon 019 min 866 kVt/saat həcmində sifariş alınıb. Bu da martın 12-dən 17-dək olan sifariş həcmi ilə eynidir.

Yunanıstanın Komotini çıxış nöqtəsindən martın 18-dan 24-dək hər gün üçün gündəlik sifarişlər ötən həftənin göstəricisi kimi 28 milyon 674 min 418 kVt/saat həcmində qeydə alınıb.

Yunanıstanın Nea Mesimvria çıxış nöqtəsindən də martın 18-dən 24-dək hər gün üçün ötən həftədəki kimi 30 milyon 346 min 301 kVt/saat həcmində qaz sifariş edilib.

İtaliyanın Melenduqno çıxış nöqtəsindən qazın tədarükü üçün martın 18-də 304 milyon 772 min 315 kVt/saat həcmində sifarişlər qəbul edib. Bu da martın 11-nə olan göstərici ilə müqayisədə 0,85 % çoxdur.

Melenduqno çıxış nöqtəsindən martın 19-dan 24-dək qaz tədarükü üçün 281 milyon 999 min 147 kVt/saat həcmində sifariş alınıb. Bu da martın 12-dən 17-dək olan sifariş həcmi ilə eynidir.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Check Also

Azərbaycan ötən il Avropaya 13 milyard kubmetrə yaxın qaz ixrac edib

Ötən il Azərbaycandan Avropaya təxminən 12,9 milyard kubmetr qaz ixrac olunub. Boyukmillet.com xəbər verir ki, bunu energetika …