Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Tarix İnstitutu Heydər Əliyev İnstitutunun yaradılması ideyasını DƏSTƏKLƏDİ

“Heydər Əliyev İnstitutunun yaradılması ideyası çox yaxşıdır. Belə bir institutun yaradılmasını mən də çox istəyirəm. Heydər  Əliyev irsi daha yaxşı öyrənilməlidir”.

Bu fikirləri AMEA-nın Tarix İnstitunun direktor müavini Cəbi Bayramov  Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərlinin Heydər Əliyev institutunun yaradılması ideyasına münasibət bildirərkən deyib.


O bildirib ki, Heydər Əliyev Azərbaycana uzun illər rəhbərlik edib və onun irsi tədqiq olunmalıdır:

“Heydər Əliyev tarixi şəxsiyyətdir. Tarixi şəxsiyyətin irsini gənclərə dərindən aşılamalıyıq. Çünki Heydər Əliyev Azərbaycana 57 il rəhbərlik edib. O dövrü tədqiq etmək üçün Heydər Əliyev İnstitutunun yaradılmasına ehtiyac var”.

Cəbi Bayramovun sözlərinə görə, Heydər Əliyevin irsi AMEA-da da öyrənilir:

“Düzdü, AMEA-nın Tarix institutu bu işi görür. 2011-ci ildən institutumuzda mərkəz fəaliyyət göstərir. Qısa müddət ərzində onun fəaliyyətini əks etdirən iki cildlik monoqrafiya nəşr edilib. Onun Azərbaycan elmi ilə bağlı göstərdiyi fəaliyyəti əks etdirən  iki cildlik sənədlər toplusu çap olunub”.


Qeyd edək ki, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli Heydər Əliyev irsini və Azərbaycan dövlətçilik tarixini araşdırmaq üçün  Heydər Əliyev İnstitutunun yaradılması ideyası ilə çıxış edib. 

Check Also

Səfərbərlik Xidməti korrupsiya ilə bağlı 34 əməkdaşı barəsində materialları Baş Prokurorluğa göndərib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində 34 nəfər barəsində toplanan materiallar prosessual qərar …