Bazar , 15 Noyabr 2026
Drone Cameras

Tbilisi meri: “Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb”

Azərbaycan ən çətin zamanda bizə yardım əlini uzadıb və bu ölkə Gürcüstan üçün çox mühüm tərəfdaşdır.

Bunu Tbilisi şəhərinin meri Kaxa Kaladze “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib.

“Mən Gürcüstanın energetika naziri olan dövrdə Azərbaycanla bir çox ortaq layihələrə imza atılıb. “SOCAR” Gürcüstanın bir çox rayon və kəndlərini qazla təmin edib”, – mer bildirib.

K.Kaladze qeyd edib ki, iki ölkə arasında geniş dostluq əlaqələri var: “Gələcəkdə bu əlaqələrin daha da möhkəmlənməsinə çalışırıq”.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …