Cümə axşamı , 9 May 2024
Drone Cameras

Tbilisidə iki gün Kikabidze ilə vida mərasimi keçiriləcək

Yanvarın 15-də vəfat edən aktyor və müğənni Vaxtanq Kikabidze ilə vida mərasimi yanvarın 17-i və 18-də Tbilisinin mərkəzindəki Kaşveti kilsəsində keçiriləcək.

Boyukmillet.com xəbər verir ki, bu barədə opera müğənnisi və Kikabidzenin dostu Paata Burçuladze bildirib.

“Ayın 17-18-də saat 16:00-da Kaşveti kilsəsində vida mərasimi olacaq, 19-da isə saat 14:00-da filarmoniyanın böyük konsert zalından mərhumun cənazəsi çıxarılacaq”, – P.Burçuladze “Mtavari Archi” telekanalının efirində deyib.

Daha əvvəl V.Kikabidzenin meneceri Rati Abzianidze aktyorun yanvarın 19-da həyat yoldaşı və anasının da dəfn olunduğu Tbilisidəki Veriyski qəbiristanlığında torpağa tapşırılacağını açıqlamışdı.

Check Also

Bakıda litvalı dənizçi haqqında sənədli film nümayiş olunub

Bu gün Bakıda litvalı dənizçi Simas Kudirkanın həyatından bəhs edən “Tullanma” sənədli filminin nümayişi olub. …