Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Rauf Denktaş vəfatının 11-ci ildönümündə anıldı – FOTO

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) qurucu prezident Rauf Raif Denktaş vəfatının 11-ci ildönümündə məqbərəsində təşkil edilən mərasim və Atatürk Mədəniyyət Mərkəzində təşkil edilən proqramla anılıb. 

Boyukmillet.com xəbər verir ki, anım mərasiminə Denktaşın ailəsi, KKTC prezidenti Ersin Tatar, parlamentin sədri Zorlu Töre, Baş nazir Ünal Üstel, Yargıtay sədri Narin Şefik, Türkiyənin Lefkoşadakı səfiri Metin Feyzioğlu, Kıbrıs Sİlahlı Qüvvələrinin komandanı general-mayor Sezai Öztürk qatılıb. 

Mərasimdə prezident Ersin Tatar xatirə dəftərini imzalayıb və çıxış edib. Çıxışdan sonra dua oxunub. 

Ersin Tatar xatirə kitabında bunları yazıb: 

“Biz qurucu prezidentimiz Aziz Raif Rauf R. Denktaşı sevgi və böyük həsrətlə anırıq. 
Kıbrısda Türklük şərəfi ilə Kıbrıs Türk xalqının azadlığını və suverenliyini qorumaq və Kıbrısın bir yunan adasına çevrilməsinin qarşısını almaq üçün həmkarlarınızla başladığınız böyük və dastan olan mücadiləniz, mübarizə əzminiz və qətiyyətli mübarizəniz heç zaman unudulmaz. 

Sizin rəhbərliyinizlə həyata keçirilən bu müqavimətlə Kıbrısın yunan adasına çevrilməsinin qarşısı alındı, Kıbrıs Türk xalqı isə öz azadlığını, müstəqilliyini, vətənini, dövlətini qazandı. Kıbrıs türk xalqı sizə minnətdardır. 

Quzey Kıbrıs Türk Cümhuriyyəti, təməlində böyük zəhmətiniz, alın təriniz və dastan olan mübarizənizlə bizə ən böyük etibarınızdır. Biz bu yadigarı əbədi olaraq qoruyacağıq. 

“Xalqım məni türk əsgərlərini Kıbrısa gətirən adam kimi xatırlasın” ifadənizi xatırlayarkən, Sizin “Quzey Kıbrıs Türk Cümhuriyyətini yaşat, Ana Vətən Türkiyəyə sarılın” vəsiyyətiniz də bizim ən böyük şüarımızdır. 

Əziz öndərimiz, biz sizi unutmadıq, unutmayacağıq, xalqımızın və böyük türk millətinin qəlbində əbədi yaşayacaqsınız. 

Ruhun şad olsun”.

KKTC'nin Kurucu Cumhurbaşkanı Denktaş, vefatının 11. yılında anıldı - 1

Check Also

Ukrayna Rusiyanın daha bir gəmisini məhv edib

Ukrayna Hərbi Dəniz Qüvvələri Rusiyanın “Kovrovets” minaaxtaran gəmisini məhv edib. Boyukmillet.com xəbər verir ki, bu …