Şənbə , 10 May 2025
Drone Cameras

TƏCİLİ: Əvəz Zeynallının məhkəməsi keçiriləcək – Onun haqqında hansı qərar veriləcək?

“Xural” Media Qrupunun rəhbəri Əvəz Zeynallının həyat yoldaşı, jurnalist Məlahət Qisuri Zeynallı öz facebook səhifəsində Əvəz Zeynallının məhkəməsi ilə bağlı açıqlama verib:

“Dəyərli Xuralsexərlər!
Əvəz Zeynallının səhhətinin ağırlaşması səbəbindən vəkillərimiz Nizami rayon məhkəməsinə müraciət ediblər. Məhkəmə iclası sabah – 24 aprel 2025-cu il, saat 15:15-də Nizami rayon məhkəməsinin binasında, hakim Nigar Qədirlinin sədrliyilə keçiriləcək.
2 il 8 aydır ki, birlikdə yol gəlirik, Bu müddət ərzində bir daha cəmiyyəti yaxından tanımaq nəsibimiz oldu. Bilmirəm, sabah necə olacaq, Əvəz bəylə bağlı hansı qərar veriləcək. Ümumiyyətlə, onun sağlıq durumunda hansısa irəliləyişi əldə edə biləcəyikmi? Bu tək Allaha agahdır. Amma hər zaman yanımızda olan insanlara səslənirəm. Sabah böyükdən tutmuş ağsaqqal və ağbirçəklərimizədək, hər kəsi yenə də yanımızda olmağa çağırıram. Fərqi yoxdur, hansı istiqaməti tutmasından asılı olmayaraq, mediadakı həmkarlarımıza səslənirəm. Sabah əl-ələ tutub birlik nümayiş etdirəcəyimiz gündür və bu bir tarixdir. Təqvimdə bu tarixin hansı rəngdə olması isə sizdən və bizdən asılıdır!”

Check Also

Tofiq Zülfüqarovdan sensasion açıqlama

Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov rəsmi Bakı ilə “şimal qonşumuz” arasında böhran ilə …