Bazar , 25 Oktyabr 2026
Drone Cameras

Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib

İranın paytaxtı Tehranda əlilliyi olan şəxslər etiraz aksiyası keçirib.

Boyukmillet.com xəbər verir ki, məlumatı “Azad İran” yayıb.

Bildirilib ki, fevralın 13-də birinci dərəcəli əlilliyi müəyyən edilmiş şəxslər ağır yaşayış şəraitinə, onların bərpasına ayrılmış büdcənin verilməməsinə və bu sosial təbəqədən olan vətəndaşların problemlərinə hökumətin laqeyd munasibətinə etiraz ediblər.

Aksiya iştirakçıları İranın Dövlət Proqram və Büdcə Təşkilatının binası önünə toplaşıb.

Məlumata görə, Tehran Rabitə İdarəsinin təqaüdçüləri də etiraz aksiyası keçirib. Fevralın 13-də Tehran Rabitə İdarəsinin bir qrup təqaüdçüsünün tələblərinə məhəl qoyulmamasına etiraz olaraq Rabitə Nazirliyinin binası önünə toplaşıblar.

Check Also

Naxçıvanda ağır qəza: çox sayda xəsarət alan var – FOTO

Naxçıvan-Şahbuz magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.Boyukmillet.com xəbər verir ki, hadisə magistralın Babək rayonu Vayxır …