Bazar , 19 May 2024
Drone Cameras

TEKNOFEST-in İdarə Heyətinin üzvü: “Azərbaycan ideya və təşəbbüskarlıqda Türkiyədən də öndədir”

“Azərbaycan təşəbbüslərə çox açıqdır və hətta bu məsələdə mən deyərdim ki, Türkiyədən öndədir”.

Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Ankara bürosuna açıqlamasında TEKNOFEST İdarə Heyətinin üzvü, Türkiyə Texnologiya Komandası Fondunun koordinatoru İrem Bayraktar bildirib.

TEKNOFEST məsulu qeyd edib ki, qurum nəzdində Azərbaycanda 6-14 yaş kateqoriyasına uyğun elmi mərkəz, gənclər üçün isə texnologiya laboratoriyaları fəaliyyət göstərir:

“Elmi mərkəzdə texnologiya, kosmos, aviasiya, dizayn, təbiət, fundamental fənlərlə bağlı laboratoriyalar var ki, 6-14 yaş kateqoriyasına uyğun uşaqlar maraqları daxilində hər cür məlumat əldə eləyə bilirlər. Ziyarətçi uşaqların sayı gündən-günə artır”.

İrem Bayraktar bundan başqa mərkəzdə gənclər üçün xüsusi məşğuliyyətlərin sistemləşdirildiyini deyib:

“Bakıda gənclər üçün “Deneyap” texnologiya laboratoriyamız da var. Orada gəncləri iki mərhələli imtahan sistemi ilə qəbul edirik. İmtahanların biri yazılı, biri də tətbiq şəklində olur. Ondan sonra da gənclər 10 mövzu üzrə iki il texnologiya təhsili alırlar. Bunların arasında dizayn, istehsal, kibertəhlükəsizlik, aviasiya, kosmos və sair bölmələr var. Sonrakı mərhələdə isə gənclər bir heyət olaraq formalaşıb ildə bir dəfə layihə həyata keçirirlər. Bununla da gələcəyin sahibkarları fəaliyyətlərini sağlam bir əsas üzərində qurmuş olurlar”.

Check Also

“Huawei” şirkəti Bakıda keçirilən “2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti”ndə “Xinghe” Ağıllı Şəbəkəsini istifadəyə verib

“2024 Texnologiya Karnavalı və Tərəfdaş Sammiti” “Huawei” şirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üçün “Xinghe” …