Cümə , 29 Mart 2024
Drone Cameras

“TEKNOFEST”də Türkiyənin ilk kosmonavtlarının adları açıqlanıb, onlardan biri Azərbaycan əsillidir

Prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “TEKNOFEST” aerokosmik və texnologiya festivalında Türkiyənin ilk kosmonavtlarının adlarını açıqlayıb, onlardan biri Azərbaycan əsillidir.

Boyukmillet.com xəbər verir ki, o, türkiyəli səyahətçilərin kosmosa uçuşunun 2023-cü ilin son rübünə planlaşdırıldığını söyləyib.

Ərdoğan bildirib ki, kosmosa səyahət edəcək şəxslərlə tanış olmağın vaxtıdır: “Alper Gezeravcı Hərbi Hava Qüvvələrində böyük uğurlar qazanmış qəhrəman türk pilotudur. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq. Əvəzedici adı Tuva Cihangir Ataseverdir”.

Xatırladaq ki, Tuva Cihangir Atasever Azərbaycan əsillidir.

Check Also

Naxçıvan Təhsil Nazirliyinin Əsasnamə və strukturu təsdiqlənib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədr müavini Anar İbrahimov Naxçıvan Təhsil Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə …