Şənbə , 14 Mart 2026
Drone Cameras

Ticarət Palatasının sədri: “ABŞ şirkətləri Azərbaycanda fəaliyyətlərini genişləndirib”

“Biz biznes maraqlarını həm ABŞ, həm də Azərbaycanda təbliğ edirik”.

Boyukmillet.com xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycanda Biznes və Peşəkar Assosiasiyalara dəstək üçün tərəfdaşlıq sammitində çıxış edən ABŞ-Azərbaycan Ticarət Palatasının sədri Reza Vəziri deyib.

O əlavə edib ki, bu məqsədlə onlar bir sıra missiyalar təşkil ediblər: “2017-ci ildə təşkil edilən ticarət missiyası nəticəsində Azərbaycan şirkətləri bir neçə mln dollarlıq kontrakt imzalayıblar. Bəzi ABŞ şirkətləri isə Azərbaycanda fəaliyyətlərini genişləndirib. İllinoysda keçirilən görüşdən sonra isə ABŞ şirkətləri 1,2 mln dollarlıq müqavilə imzalayıb. Oklohomadakı görüşdən sonra isə Azərbaycan narının ixracı qərara alınıb. Bütün bunlar isə bizim gördüyümüz işlərə kiçik misaldır”.

Check Also

Saakaşvili: Gürcüstanda azərbaycanlı gənclərin radikallaşması təhlükəlidir

Gürcüstanda azərbaycanlı gənclərin bir hissəsi İranın radikal təsirinə məruz qalır və bu vəziyyət etnik münaqişə …