Bazar , 15 Noyabr 2026
Drone Cameras

Tiflisdə GƏRGİN ANLAR: Rusiya bayrağı yandırıldı, idmançılar təhqir olundu – VİDEO

Tiflisdə keçirilən qılıncoynatma üzrə dünya çempionatında iştirak etmək üçün Gürcüstana gələn rusiyalı idmançılar insidentlə üzləşiblər.

Boyukmillet.com xəbər verir ki, yerli fəallar idmançıların yerləşdiyi hotelin qarşısında təxribat törədiblər.

Onlar fişənglər yandıraraq səs-küy salıblar, rusiyalı idmançıları təhqir ediblər və üzərində “Bu gün atəşfəşanlıqdır, sabah isə Qradlar olacaq” yazılmış plakat açıblar.

Digər bir fəal qrupu isə Rusiya bayrağını yandıraraq tapdalayıb.

Hadisə sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Check Also

Gürcüstanda iş icazəsi olmadan işləmək deportasiya üçün əsas yaradacaq

Gürcüstanda əcnəbilərə iş icazələrinin verilməsi ilə bağlı yeni qaydalar 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.Boyukmillet.com …