Cümə , 5 Dekabr 2025
Drone Cameras

Tofiq Yaqublu ağrılarından şikayət edib

35 gündür aclıq edən siyasətçinin apelyasiya şikayətinə sabah baxılacaq

Vəkili Nemət Kərimli həbsinə etiraz olaraq 35 gündür aclıq edən Müsavat Partiyası və Milli Şuranın üzvü Tofiq Yaqublu ilə görüşüb.

Boyukmillet.com xəbər verir ki, vəkil onunla saxlanıldığı Penitensiar Xidmətin Müalicə Müəssisəsində görüşüb.

Vəkilin sözlərinə görə, Yaqublu yata bilmir və ötən gecə yalnız “Dimedrol” iynəsi vurulduqdan sonra yata bilib. O əlavə edib ki, siyasətçi çəki itirməyə davam edir, lakin yaddaşını da itirdiyindən çəkisini və digər göstəricilərini xatırlamayıb.

Vəkil bildirib ki, Yaqublu bədənindəki ağrılardan şikayət edib və oturub-durmaqda da çətinlik çəkib.

“Ümid edək ki, sabah Bakı Apellyasiya Məhkəməsi ömründə ilk dəfə qanuni qərar versin. Həbs qəti-imkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət verilib və sistemə yerləşdirilib. Bu məsələ müzakirə mövzularından biridir və hesab edək ki, məhkəmədə qanuni, ədalətli qərar qəbul ediləcək”, – Kərimli deyib.

Tofiq Yaqubluya oxunan hökmdən verilən apelyasiya şikayətinə sabah, mayın 6-da baxılacaq.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. Martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dələduzluqda və saxta sənəd hazırlamaqda təqsirli bilinərək 9 il azadlıqdan məhrum edilib. Buna etiraz olaraq aprelin 1-dən ölüm aclığı edir.

Bu, siyasətçinin ilk aclıq aksiyası deyil.

O, 2020-ci il martın 22-də həbsinə etiraz olaraq 17 gün aclıq etmişdi. Sonradan vəziyyəti pisləşdiyinə görə 4 il 3 aylıq həbs hökmü şərti cəza ilə əvəzlənmişdi.

Müxalif siyasətçi 32 ildir Azərbaycana rəhbərlik edən Əliyevlər ailəsinin əsas tənqidçilərindən biridir.

Check Also

Mahmud Səfəralıyev HƏBS EDİLDİ

Hərbi Prokurorluğun Biləsuvarda bir sıra cinayətlərdə, o cümlədən əsgərin intiharı ilə bağlı təqsirləndirilərək saxlanılan sabiq …