Cümə , 22 Noyabr 2024
Drone Cameras

Tokio-2020: Bu gün Azərbaycanın daha 6 paralimpiyaçısı mübarizə aparacaq

Bu gün Azərbaycanın daha 6 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Boyukmillet.com xəbər verir ki, onların 1-i güllə atıcısı, 2-si parataekvondoçu, 3-ü isə para-atletdir.

Yelena Taranova Bakı vaxtı ilə saat 03:45-də 25 metr məsafəyə güllə atma yarışında qüvvəsini sınayacaq.

Taekvondoçulardan 49 kq-da çıxış edən Röyalə Fətəliyeva 1/8 finalda tailandlı Kvansuda Puankitça ilə, 61 kq çəki dərəcəsində yer alan İmaməddin Xəlilov isə Rusiya Olimpiya Komitəsinin təmsilçisi Danil Sidorovla qarşılaşacaq. Görüşlər Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

Para-atlet Orxan Qasımov nizə atma növündə medal qazanmağa çalışacaq. O, Bakı vaxtı ilə saat 14:00-da çıxış edəcək.

Yuliya Yanovskaya və Lamiyə Vəliyeva isə Bakı vaxtı ilə 16:17-də 400 metr məsafəyə qaçışda mübarizə aparacaq. Vəliyeva daha əvvəl 100 metr məsafəyə qaçışda gümüş medal qazanıb.

Qeyd edək ki, aktivində 11 qızıl, 1 gümüş və 4 bürünc medalı olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə qərarlaşıb.

Check Also

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal …