Cümə axşamı , 10 Aprel 2025
Drone Cameras

Tokio-2020: Rafiq Hüseynov erməni ilə güləşəcək, Manolova medalsız qalıb – YENİLƏNİB

Azərbaycanın qadın güləşçisi Elis Manolova Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Boyukmillet.com-un məlumatına görə, 68 kq çəki dərəcəsində mübarizə aparan idmançı Meerim Jumanazarov (Qırğızıstan) ilə üz-üzə gəlib.

Rəqibinə uduzan Manolova olimpiadanı medalsız başa vurub. O, ötən gün 1/8 final mərhələsində nigeriyalı Blessinq Oborududu ilə dueldən məğlub ayrılıb.

Yunan-Roma güləşçisi Rafiq Hüseynov (77 kq) isə bürünc medal uğrunda görüşdə Ermənistan təmsilçisi Karapet Çalyanla güləşəcək. Qarşılaşma bu gün Bakı vaxtı ilə saat 14:30-da keçiriləcək.06:07

Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşə çıxıb.

Boyukmillet.com-un məlumatına görə, 77 kq çəki dərəcəsində mübarizə aparan idmançı Tunis təmsilçisi Lamyed Maafi ilə üz-üzə gəlib.

11:1 hesabı ilə qalib gələn Hüseynov bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi Ermənistan təmsilçisi Karapet Çalyan olacaq

Qeyd edək ki, Rafiq Hüseynov ötən gün 1/4 final mərhələsində qırğızıstanlı Akjol Mahmudova məğlub olmuşdu.

Check Also

Avropa çempionatında iştirak edəcək Azərbaycanın cüdo yığmasının heyəti açıqlanıb

Monteneqronun paytaxtı Podqoritsada böyüklər arasında keçiriləcək cüdo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan yığmasının heyəti …