Cümə , 22 Noyabr 2024
Drone Cameras

Torpaqları qaytarmaq üçün oradan gələn bir zəng kifayətdir – Rusiyadan SENSASİON AÇIQLAMA

Ukraynanın cənub-şərqində yerləşən Donbas bölgəsindəki qarşıdurma bir telefonla başa çata bilər.

BunuRusiya Parlamenti Federasiya ŞurasınınXarici Əlaqələr Komitəsinin sədri Konstantin Kosaçev deyib.

Parlamentari feysbuk hesabından bildirib ki, Avropa İttifaqından gələn bir zəng Ukraynanı digər tərəflə dialoq qurmağa itələyəcək: “Ancaq bunun yerinə Avroap ölkələri Rusiyaya sanksiya tətbiq edir. Çünki bu, daha rahatdır”.

Avropa İttifaqının Orta Mənzilli Nüvə Qüvvələri Razılaşması (INF) ilə bağlı durumda da eyni taktikanı istifadə etdiyini deyən Kosaçev qeyd edib ki, INF yaxında qüvvədən düşəcək və buna görə Rusiyanı günahlandıracaqlar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında Donbas torpaqları üzərində münaqişə 2014-cü ildən bəri davam edir.

Xatırladaq ki, INF ABŞ prezidenti Ronald Reyqanla SSRİ rəhbəri Mixail Qorbaçov arasında 1987-ci ildə imzalanıb. Müqavilə çərçivəsində kiçik və ortamənzilli nüvə raketlərinin istifadəsi və istehsalı qadağan edilir.

Check Also

Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına xəbərdarlıq edilib

Qərar “ATACAMS” raketlərinə icazədən sonra verilib Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan Azərbaycan vətəndaşlarına təhlükə …