Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Tovuz Azərbaycanın yeni “Gənclər Paytaxtı” elan edilib

Bu gün Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunan Gənclər Forumunda Azərbaycanın növbəti “Gənclər Paytaxtı”nın adı elan edilib.

Boyukmillet.com xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən Tovuz 2022-ci il üçün Azərbaycanın “Gənclər Paytaxtı” elan olunub.

Qeyd edək ki, 2012-ci ildən hər il paytaxt Bakı istisna olmaqla, Azərbaycanın şəhər və rayonlarından biri “Gənclər Paytaxtı” elan olunur. Əvvəllər Gəncə, Biləsuvar, Quba, İsmayıllı, Şəmkir, Balakən, Naxçıvan, Şamaxı, Masallı, Göygöl şəhər və rayonları Azərbaycanın “Gənclər Paytaxtı” olmuşdu.

Check Also

Kəmaləddin Heydərov nazirlikdə böyük dəyişiklik etdi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatında bir sıra struktur dəyişiklikləri həyata keçirilib. Boyukmillet.com Qaynarinfo-ya istinadla bildirir …