Bazar , 29 Mart 2026
Drone Cameras

Tovuzda azyaşlı yaşadığı evdə yanğın törədib

Tovuz rayonunda yanğın hadisəsi baş verib.

Boyukmillet.com xəbər verir ki, Tovuz rayon, Xatınlı kəndində vətəndaş İsrafil Mustafayevə məxsus fərdi evdə yanğın olub.

İlkin məlumata görə, evdə nəzarətsiz qalan azyaşlı evin birinci mərtəbəsində olan quru otu yandırıb. Nəticədə yanğın baş verib. Yanğın zamanı sahəsi 130 kvadratmetr olan ikimərtəbəli ev və içərisindəki əşyalar və evin birinci mərtəbəsində yığılan ot bağlamaları qismən yanıb. Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tovuz rayon dövlət yanğından mühafizə hissəsinin üç yanğınsöndürən avtomobili və canlı qüvvəsi cəlb olunub.

Evdə qalan qadın və dörd uşaq təxliyə edilib. Yanğının ətraf tikililərə yayılmasının qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Check Also

DGK: “Kahı” yükünün içərisində külli miqdarda marixuana aşkar edilib

Dövlət Gömrük Komitəsi (DGK) “kahı, kərəviz və gül kələm” yükü daşıyan nəqliyyat vasitəsində 56 kiloqramdan artıq marixuana …