Cari il aprelin 18-də Tovuz rayonu ərazisində 1990-cı il təvəllüdlü Türkanə Məmmədovanın xəstəxanada ölməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqı yekunlaşdırılıb.
Boyukmillet.com xəbər verir ki, istintaqla 2002-ci il təvəllüdlü Röyal Tağıyevin aralarında yaranmış mübahisə zamanı tanışı Türkanə Məmmədovanın üzərinə tezalışan məhlul tökməsi və alışqan vasitəsi ilə onu qəsdən yandırması nəticəsində sonuncunun almış olduğu yanıq xəsarətlərindən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Röyal Tağıyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.