Şənbə , 8 Fevral 2025
Drone Cameras

Tramp ABŞ-dən deportasiya edilən qanunsuz miqrantların sayının az olmasından narazıdır

ABŞ Prezidenti Donald Tramp ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) fəaliyyətindən narazıdır.

Boyukmillet.com xəbər verir ki, bu barədə NBC telekanalı mənbələrə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Tramp qəzəblidir və bu barədə artıq sərhəd təhlükəsizliyi və qanunsuz miqrantların deportasiyasına məsul olan Tomas Homan və daxili təhlükəsizlik naziri Kristi Noemi məlumatlandırıblar. “O, daha çox insanın deportasiya edilməməsindən dəli olur”, – NBC-nin adsız həmsöhbəti Trampın reaksiyasını təsvir edib.

Telekanalın məlumatına görə, Homan da ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin göstəricilərdən narazıdır və ölkə ərazisində qanunsuz yaşayan daha çox insanın saxlanılmasını və deportasiyasını tələb edir.

Trampın 20 yanvar tarixində andiçmə mərasimindən sonra ICE üçün rekord göstərici bir gün ərzində 1,1 min həbs olub. Halbuki ildə 1 milyon miqrantın deportasiyası üçün gündəlik 2,7 min nəfərdən çox insanın çıxarılması tələb olunur. Eyni zamanda, NBC-nin qeyd etdiyi kimi, həbslərin sayı həmişə deportasiyaların sayına bərabər olmur. Telekanal xatırladır ki, Trampın hakimiyyətə gəlməsindən sonrakı ilk iki həftə ərzində saxlanılan 8 min immiqrantdan 461 nəfəri azad edilib.

Check Also

İsrail ABŞ-dən 7 milyard dollarlıq silah alacaq

ABŞ İsrailə 7 milyard dollar dəyərində silah, o cümlədən aviasiya bombaları, idarə olunan raketlər və …