Bazar ertəsi , 17 Mart 2025
Drone Cameras

Tramp ABŞ-nin bir neçə keçmiş hökumət rəsmisinin mühakimə olunmasını tələb edir

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların 46-cı lideri Cozef Baydenin administrasiyasında işləyənlər də daxil olmaqla, bəzi keçmiş hökumət rəsmilərini müxtəlif qanun pozuntularına görə məsuliyyətə cəlb etməyə çalışdığını bildirib.

Bu barədə Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir.

“Onlar Amerika xalqının iradəsini pozmağa çalışmaq üçün bizim kəşfiyyat və hüquq-mühafizə orqanlarımızın böyük imkanlarından istifadə etdilər”, – ABŞ Prezidenti sabiq hökumət rəsmilərinə, o cümlədən Bayden administrasiyasının keçmiş rəsmilərinə işarə edərək deyib. “Mən pozuntular və sui-istifadələrə görə tam məsuliyyət tələb edəcəyəm”, – o, ABŞ Ədliyyə Nazirliyində çıxış edərkən vurğulayıb.

“Onlar mənim seçki kampaniyamın heyətində casusluq etdilər, bir-birinin ardınca şayiə və dezinformasiya əməliyyatı həyata keçirdilər, böyük miqyasda qanun pozuntularına yol verdilər, ailəmi, tabeliyimdə olanları və tərəfdarlarımı təqib etdilər, Mar-a-Laqodakı (Trampın Floridadakı mülkü – red) evimə basqın etdilər və Amerika Birləşmiş Ştatlarının lideri olmağıma mane olmaq üçün əllərindən gələni etdilər”, – Bayden vurğulayıb.

Tramp xatırladıb ki, əvvəllər ABŞ kəşfiyyatının 50-dən çox əməkdaşı Rusiyanın Cozef Baydenin oğlu Hanter Baydenin noutbuku vasitəsilə kompromatların yayımlanması ilə əlaqəli olduğunu iddia edib.

“Onlar bunun böyük bir yalan olduğunu bilirdilər”, – Tramp əlavə edib. “Sonunda quldurlar məğlub oldular və həqiqət qalib gəldi”, – o əlavə edib.

Check Also

Səudiyyə Ərəbistanında əxlaqsız hərəkətlərə görə 50-dən çox adam həbs edilib

Səudiyyə Ərəbistanında əxlaqsız hərəkətlərə görə 50-dən çox adam saxlanılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Financial …