Bazar , 15 Mart 2026
Drone Cameras

Tramp ABŞ-nin xəstəxana gəmisinin Qrenlandiya sahillərinə göndərildiyini bildirib

ABŞ Prezidenti Donald Tramp yerli sakinlərə tibbi yardım göstərmək üçün Qrenlandiya sahillərinə xəstəxana gəmisi göndərdiyini açıqlayıb.

“Report”un məlumatına görə, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Luiziana ştatının möhtəşəm qubernatoru Ceff Lendri ilə birlikdə Qrenlandiyaya heç kimin düşünmədiyi çoxsaylı xəstə insanlara qulluq etmək üçün gözəl bir xəstəxana gəmisi göndərəcəyik. O, artıq yola düşüb”, – Amerika lideri yazıb.

Qeyd olunur ki, 21 dekabr 2025-ci ildə Tramp Lendrini ABŞ-nin Qrenlandiya üzrə xüsusi elçisi təyin edib. Bundan sonra qubernator “X” sosial şəbəkəsində adanın ABŞ-yə birləşdirilməsi niyyətini açıqlayıb.

Bu açıqlamalar Danimarkada diplomatik qalmaqala səbəb olub və bundan sonra ABŞ səfiri ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Check Also

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. …