Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tramp Əfqanıstan – Pakistan toqquşmalarına münasibət bildirib

ABŞ Prezidenti Donald Tramp Əfqanıstan və Pakistan arasında toqquşmalar barədə eşitdiyini bildirib.

Bu barədə Boyukmillet.com xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, Tramp “gözləməyin lazım olacağını” deyib.

Ağ Ev rəhbərinin sözlərinə görə, o, hazırda başqa münaqişənin həlli üzərində işləyir.

“Mən sülh əldə etməyi yaxşı bacarıram”, – ABŞ lideri vurğulayıb.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədi boyunca Pakistan mövqelərinə hücum ediblər. Yaraqlıların dövlət sərhədində törətdiyi təxribat nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.

Pakistanın Müdafiə Nazirliyi qarşı tərəfin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …