Çərşənbə , 18 Dekabr 2024
Drone Cameras

Tramp İrana qarşı hərbi zərbə variantını nəzərdən keçirə bilər

Yanvarın 20-də ABŞ prezidentliyinə hazırlaşan Donald Trampın İranın nüvə proqramını dayandırmaq variantlarını nəzərdən keçirdiyi bildirilir.

Boyukmillet.com xarici mediaya istinadən xəbər verir ki, Wall Street Journal-ın məlumatına görə, İranın nüvə obyektlərinə qabaqlayıcı hava zərbəsi endirilməsi ehtimalı gündəmdədir.

Lakin hələlik yekun qərar qəbul edilməyib.

Tramp komandasının bəzi üzvləri buna görə də İranın nüvə obyektlərinə qabaqlayıcı hava zərbəsi endirmə variantının daha ciddi şəkildə qiymətləndirilməsinin lazım olduğunu iddia edirlər.

Hizbullah və HƏMAS-a ağır zərbələr endirməsi və Suriyada Əsəd rejiminin devrilməsi ilə İranın əlinin hər zamankindən daha çox zəiflədiyi diqqətə çatdırılır. Trampın komandasında bu fürsəti əldən verməmək lazım olduğuna inananlar var.

Bu fikirdə olanlar İsrailin Natanz və İsfahan da daxil olmaqla nüvə obyektlərinə hava zərbələrinin dəstəklənməli olduğunu iddia edirlər. Amerika və İsrailin birgə əməliyyat variantı da müzakirə olunur.

Müzakirə olunan məsələlər arasında İsrailin bu əməliyyatı təkbaşına həyata keçirməsinin nə qədər uğurlu olacağı da var.

Check Also

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəklədiyini bəyan edib

Suriyanın yeni hakimiyyəti Türkiyə ilə strateji münasibətləri dəstəkləmək niyyətindədir. Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, …