Bazar , 11 Yanvar 2026
Drone Cameras

Tramp kilsədəki atışmanı ABŞ-də xristianlara qarşı hücum adlandırıb

ABŞ Prezidenti Donald Tramp Miçiqan ştatında yerləşən kilsədəki atışmanı ölkədə xristianlara qarşı məqsədyönlü hücum adlandıraraq federal hakimiyyətin araşdırmaya yardım edəcəyini deyib.

Boyukmillet.com-un məlumatına görə, tramp bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Mənə Miçiqanın Qrand-Blenk şəhərindəki kilsədə dəhşətli atışma haqqında məlumat verilib… Dərhal hadisə yerinə gələn FTB federal səviyyədə araşdırmada aparıcı rol oynayacaq və ştat rəsmiləri ilə yerli hakimiyyətə tam dəstək göstərəcək”.

“Şübhəli şəxs ölüb, lakin müəyyənləşdiriləsi çox şey var. Görünür ki, bu, ABŞ-də xristianlara qarşı daha bir məqsədyönlü hücumdur. Tramp administrasiyası həmişə etdiyi kimi ictimaiyyəti məlumatlandıracaq. Ölkəmizdəki bu zorakılıq epidemiyası dərhal dayandırılmalıdır”, – deyə o vurğulayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …