Bazar , 11 Yanvar 2026
Drone Cameras

Tramp Kiyevə şərt qoyub: ABŞ Ukraynaya yardımı dayandıra bilər

“Kiyev münaqişənin həllinə hazır olmadığını nümayiş etdirsə, Vaşinqton administrasiyası Ukraynaya yardımı tamamilə dayandıracaq”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə deyib.

O, Vaşinqtonun Kiyevə davamlı yardımı ilə bağlı sualı cavablandırarkən bildirib: “Əgər onlar (Ukrayna hakimiyyəti – Qeyd) nizamlanmanı istəməsələr, biz gedəcəyik. Çünki biz onların nizamlanma yolunu axtarmalarını istəyirik”.

Tramp deyib ki, Vaşinqton üçün “bütün kartlara” sahib olan Rusiyadansa, Ukrayna ilə qarşılıqlı əlaqə qurmaq daha çətindir.

“Düşünürəm ki, biz Rusiya ilə yaxşı əlaqə saxlayırıq. Əllərində heç bir kart Ukrayna ilə məşğul olmaq mənim üçün daha çətindir. Yekun həll məsələsində Rusiya ilə qarşılıqlı əlaqə qurmaq daha asan ola bilər”.

ABŞ rəhbəri əlavə edib ki, ölkəsi münaqişə bitənə qədər Kiyevə hər hansı təhlükəsizlik zəmanəti vermək imkanını nəzərdən keçirmək niyyətində deyil.

Check Also

Tehrandan Trampa açıq hədələmə: “İsrail və ABŞ bazaları qanuni hədəf olacaq”

İran hakimiyyəti ABŞ-a sərt xəbərdarlıq edib. Boyukmillet.com xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Bağır …