Bazar , 15 Mart 2026
Drone Cameras

Tramp neft idxalçısı olan ölkələri Hörmüz boğazının təhlükəsizliyini təmin etməyə çağırıb

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı vasitəsilə neft alan ölkələr ərazidə gəmiçiliyin təhlükəsizliyinin təminatında iştirak etməlidirlər.

Boyukmillet.com xəbər verir ki, o, bunu “Truth Social” sosial şəbəkəsindəki hesabında yazıb.

Trampın sözlərinə görə, Hörmüz boğazı vasitəsilə neft tədarükündən asılı olan ölkələr ABŞ-nin dəstəyi ilə bu dəniz dəhlizinin təhlükəsizliyinə görə məsuliyyət daşımalıdırlar.

ABŞ lideri həmçinin qeyd edib ki, Vaşinqton sabit və təhlükəsiz gəmiçiliyin təminatı üçün bu cür ölkələrlə fəaliyyəti əlaqələndirmək niyyətindədir.

Tramp daha əvvəl bir neçə ölkənin Hörmüz boğazında gəmiçiliyi qorumaq üçün hərbi gəmilər göndərə biləcəyini deyib, Böyük Britaniya, Çin, Koreya Respublikası, Fransa və Yaponiyanı bu təşəbbüsə qoşulmağa çağırıb.

Check Also

İsveçrə ABŞ-yə “yox” dedi: İran müharibəsi ilə bağlı uçuşlara icazə verilmədi

İsveçrə ABŞ-nin hərbi təyyarələrinin ölkənin hava məkanı üzərindən uçuşu ilə bağlı iki müraciətini rədd edib. …