Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Tramp Pentaqonun adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib

ABŞ Prezidenti Donald Tramp Müdafiə Nazirliyinin (Pentaqon) adını rəsmən Müharibə Nazirliyi olaraq dəyişdirib.

Boyukmillet.com xəbər verir ki, ABŞ Prezidenti müvafiq sərəncamı Oval ofisdə kameralar qarşısında imzalayıb.

Trampın sözlərinə görə, ABŞ heç kimin rəqabət apara bilməyəcəyi “dünyanın ən güclü ordusuna və ən yaxşı silahlarına” malikdir. O əlavə edib ki, yeddi müharibəyə son qoyub və Ukrayna münaqişəsi də “eyni aqibətlə” üzləşəcək.

Tramp Ağ Evdə keçirdiyi brifinqdə deyib: “Biz istənilən müharibədə qalib gələ bilərdik, lakin siyasi cəhətdən korrektəyə məcbur olduq”.

Qeyd edək ki, ABŞ Müharibə Nazirliyi 1789-1947-ci illərdə mövcud olub, 1947-1949-cu illərdə Ordu Nazirliyi, 1949-cu ildən isə ABŞ Müdafiə Nazirliyi adlandırılıb.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …