Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Tramp: Sizi məhv edərəm!

“Şimali Koreya özünün nüvə və raket proqramını inkişaf etdirməklə bütün dünyanı çox böyük qurbanlarla təhdid edir”.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Məclisinin 72-ci sessiyasında çıxışı zamanı deyib. 

Onun sözlərinə görə, bəzi ölkələr Şimali Koreyaya maliyyə yardımı göstərir və onu silahla təchiz edirlər: “Bu cinayətkar bandanın nüvə raketlərinə sahib olması Yer üzündə heç bir xalqın maraqlarına uyğun deyil”.

Tramp Pxenyanı tamamilə məhv etməklə hədələyib: “Amerika özünü və öz müttəfiqlərini müdafiə etməli olsa, onda Vaşinqtonun Şimali Koreyanı tamamilə məhv etməkdən başqa seçimi qalmayacaq. Kim Çen Ina gəlincə, bu raket-insan özünü və öz xalqını məhv etməyi qərara alıb. ABŞ-ın gücü də, vəsaiti də var, lakin ümid edirəm ki, buna ehtiyac olmayacaq, axı BMT elə bunun üçün lazımdır”.

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir