Cümə axşamı , 8 Yanvar 2026
Drone Cameras

Tramp Venesuela Prezidenti Maduronun tutulduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduronun amerikalı hərbçilər tərəfindən tutularaq ölkəsindən çıxarıldığını bildirib.

Tramp bu açıqlamanı yanvarın 3-də “Truth Social” platformasında verib.

ABŞ Prezidentinin sözlərinə görə, Maduronun həyat yoldaşı da onunla birlikdə tutulub və ölkədən çıxarılıb. O, əlavə detalların daha sonra veriləcəyini qeyd edib.

ABŞ yanvarın 3-nə keçən gecə Karakas və Venesuelanın digər bölgələrinə zərbələr endirib. Respublikanın Xarici İşlər Nazirliyi Vaşinqtonu hərbi təcavüzdə ittiham edib və ABŞ-i məsuliyyətə cəlb etmək üçün BMT Təhlükəsizlik Şurasına müraciət edəcəyini bəyan edib. Nazirliyin açıqlamasında həmçinin bildirilir ki, Maduro ölkədə fövqəladə vəziyyət rejimi elan edib.

Donald Tramp bundan əvvəl Venesuela hakimiyyətini narkotacirlərlə əməkdaşlıqda ittiham edib və Nikolas Maduronun istefa verməsini tələb edib.

Son həftələrdə ABŞ Venesuela sahilləri yaxınlığında, Vaşinqtonun iddiasına görə, narkotik daşıyan gəmilərə zərbələr endirib. Maduro isə ABŞ-a narkotik qaçaqmalçılığına qarşı əməkdaşlıq təklif edib və Venesuelanın müharibənin əleyhinə olduğunu bildirib.

Tramp administrasiyası 2013-cü ildən hakimiyyətdə olan Maduronu Venesuelanın legitim prezidenti kimi tanımır.

Maduro ötən il keçirilən seçkilərdə yenidən seçildiyini iddia edib, lakin ABŞ və digər Qərb ölkələri seçkini saxta adlandırıb. Müstəqil müşahidəçilər isə seçkilərdə müxalifətin böyük üstünlük qazandığını bildiriblər.

Check Also

Ərdoğan Maduronun istefa verib Türkiyəyə gəlməsi ilə bağlı təklif iddialarını təkzib edib

Prezident Rəcəb Tayyib Ərdoğan Venesuelanın prezidenti Nikolas Maduronun istefa verib Türkiyəyə gəlməsi təklifi ilə bağlı …