Bazar , 11 Yanvar 2026
Drone Cameras

Trampın müşaviri: Rusiya atəşkəsdən imtina etsə tədbir görəcəyik

ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts bildirib ki, Rusiya Ukraynada təklif olunan atəşkəsə getməsə, ABŞ ona qarşı tədbir görə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, “ABC News”yə müsahibəsində bildirib.

O, bununla bağlı suala “Şübhəsiz, bütün variantlar nəzərdən keçirilir” – cavab verib.

Bir gün əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski Britaniyanın təşəbbüsü ilə keçirilən sammitin yekunlarına dair brifinqdə Rusiyaya ərazi güzəştləri məsələsini “kəskin” adlandırıb. Onun fikrincə, Rusiya məhz buna nail olmağa çalışır. Ukrayna lideri ABŞ-nin Ciddədə bu məsələni qaldırdığını, Ukraynanın mövqeyi ilə tanış olduğunuı qeyd edib və respublikanın artıq Rusiyanın nəzarətində olan ərazilərin itirilməsini tanımadığını vurğulayıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …