Bazar ertəsi , 6 Aprel 2026
Drone Cameras

Trampın nəvəsinə elçi düşən gənc saxlanıldı – Malikanəyə dırmaşırmış + FOTO

Boyukmillet.com xəbər verir ki, 23 yaşlı Entoni Tomas Reyes malikanənin divarına dırmaşarkən həyəcan siqnalı işə düşüb. 

Nəticədə o,  Məxfi Xidmətin əməkdaşları tərəfindən yaxalanıb. Reyes ifadəsində Trampa “müqəddəs mesajı çatdırmaq” və 18 yaşlı nəvəsi Kai ilə evlənmək istədiyi üçün bu addımı atdığını bildirib.

Məlumata görə bu, Reyesin ilk cəhdi deyil. O, yeni il gecəsində də malikanəyə girməyə cəhd göstərib.

Hadisənin baş verdiyi zaman Donald Tramp Mar-a-Laqo malikəsində olmayıb. Xatırladaq ki, Kai Tramp ABŞ prezidentinin oğlu, kiçik Donald Trampla ( D.Trump JR) Vanessa Trampın qızıdır. Banu

Check Also

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir

Üç minə qədər gəmi Hörmüz boğazından keçə bilmir. Boyukmillet.com xəbər verir ki, bu məlumatı “Al Jazerra” …